понедельник, 1 декабря 2003 г.

Azərbaycan: Neft - təhlükə və ya imkan

Katarina Wallentin/ Çevirən: D. Eldəniz

Azərbaycanın çoxlu nefti vardır. Beynəlxalq neft şirkətlərinin hesablamalarına görə -əyər Azərbayacan toplumu savaş və sosyal usyanlarda patlamasa- 2005-ci ildən etibarən ölkəyə "çoxlu neft pulu" gələcəkdir. Indilikdə omvərlden (xarici qüvvələr) bu ümidlə ki, problemlər öz-özüə aradan qaldırılsın, nəfəslərini həbs edib gözlərini yumurlar. Ancaq baxıcı göz bunu görür ki, ölkənin çoxlu çətinlikləri vardır. Yoxsulluq, korrupsiya( rüşvətxorluq) və adam başı dünyada ən çox qaçqın.

Azərbaycanda BMT-in inkişaf rəyisi, Ercan Muratın dediyinə görə bu önəmlidir ki, 2005-ci ildən qabaq, bu problemlərə qarşı mubarizə aparılsın. Əyər dövlət eliyə bilmiyə bir sosyal sistem yarada ki, neftin qazanci yoxsullarada çatsın bu ölkə patlayacaqdır. Onda neft gəliri bir imkan yox lənət olacaqdır.

O halda ki, bir ailənin aylıq yemək xərci 50 $-dır, Kütlənin 80%-nin aylıq gəliri 20 $-danda azdır. UNDP raportina əsasən ölkə əhalisinin 4-dən biri işsiz və 10-dan biridə qaçqındır.

Dağlıq qarabaq üstə Ermenistan ilə savaş 1988-ci ildən başlanıb və atəşkəs zamanına qədər(1994) dəvam tapdı. Bugün Ermenistan Azərbaycanın 2092-ini işğal edir. Tərəflər arasında gedən danışıqlara baxmayaraq tərflər eliyə bilməyiblər sazişə çatsınlar. 700 000-dən artıq qaçqın və daxili qaçqın kəmplərdə və ya qatar vagonlarında yaşırırlar.

Bu qaçqınların gəlcəkdə evlərinə qayıtmaq tənzimatı Azərbaycan üçün böyük vəzifə olacaqdır. Onların haqlarını -məxsusən onların ekonomi və sosyal haqlarını- onlara qaytarmaq daha çətin vəzifədir. Bugün azad olmuş torpaqlara qayıdan 30 000 qaçqından 60%-dan artığı işsizdilər.

Azərbaycanda çalışan BMT-nin neçə fəal orqanını çalışırlar ki, mikrokreditlərdən yardım alaraq Azərbaycanın ekonomısını tənzimə salsınlar.

Vəziyyət qaçqın kəmplərində daha da ağırdır. Ay-para cəmiyyətinin Horadiz mahalında yaratdığı kəmpdə 10 600 qaçqın yaşayır. Onlardan 4500 nəfəri iş adamıdılar. Ancaq onlardan yalnız 500 nəfərinin işi vardır. 65 yaşında olan Cəhan adlı bir qadın 7 il bundan öncə qarabağdan qaçdıbdır. Bu yeddi ildə o əri və iki oğlu ilə bir palçıqdan düzəlmiş evdə yaşıyıbdır. Evin təkcə işləyəni onun üçüncü oğludir ki, Azərbaycan ordusunda əsgərlik edir. 

Cəhan deyir: Kəndimizə və evimizə qayıtmaq üçün hazıram əlimdən gəlnini görəm. Burda bizim heç şeyimiz yoxdur. Mütləq heç şey.

İnsan haqqları mərkəzinin qurucusu Eldar Zeynalovun dediyinə görə, Azərbaycan-Ermenistan savaşını bəhanə tutaraq İnsan haqqlarının taptalanması, sansür, tutatut və etnik dini əqəliyyətlərin haqqlarına basqın müvəccəhləndirilir. Haqlar üçün fövqeladə vəziyyət hakimdir.

Azərbayvan insan haqqları mərkəzi 1993-də işə başlayıb və bağımsız bir orqandır.

Eldar Zeynalov deyir: Azərbaycanın anayasasını oxuyan zaman o, perfekt gözə çatır və ölkə BMT-nin bütün bəyannamələrinə qol çəkibdir. Ancaq problem ordadır ki, dövlət öz yazdığı və qol çəkdiyi gözəl sözlərə əməl etmir. Haman gün ki, onlar BMT-nin İşkəncə anlaşmasına qol çəkdilər, haman gündə məhbuslar zindanda işkəncə olundular. Bizim insanı haqqlarımız hər gün əzilir. Insanlar evlərindən çolə atılır və ev ən çox verənə satılır. dürnalistlər tutulur, kötək yeyib və əcib-qərib cürmlərə və cərmələrə məhkum olurlar.

Işin əvvəlindən "Azərbaycan insan haqları mərkəzinin" birinci çalişması o oldu ki, siyasi sansürü aradan qaldırsın. Siyasi sansür keçən ilin avqust ayında ləğv oldu və indi mərkəz başqa məsələlərilə çalışır. Bunların birisi polis təcavuzlarından raport verməkdir. Həm Human Rights Watch və həmdə Amnesty International öz son raportlarında yazırlar ki, Azərbaycan polisi, məxsusən Bakıda, sistematik cismi və ruhi incitmədən və işkəncədən istifadə edir. Hətta tutulanın ailə üzvləri təhdid olunub, tutulub və incidilibdir. Elə nəzərə gəlir ki, dövlət orqanları bu problemlərə göz yumurlar. 1997-ci ildə yalnız iki polis işkəncə etdikləri üçün məhkum oldular.

Eldar Zeynalov deyir: Xarci ölkələr Azərbaycandan çox, neft ilə maraqlanırlar. Onlar, haqların pozulması əleyhinə etiraz etmək yerinə, bizim təkcə sözdə olan demokrasiyadan himayə edirlər.

Azərbaycanda qüdrət əməldə bir nəfərin əlində, prezident Əliyevin əlində toplaşıbdır. O məhkəmə hakimlərini seçir och onun oğlu dövləti neft şirkətinin müavinidir. Prezidentin şəkli bütün dövləti binalarada vurulubdur.

Son seçimlərdə prezident səslərin 76%-i qazandı. Muxalifətin böyük hissəsi seçkiləri boykot etdilər. OSSE və Avropa şurasının dediyinə əsas seçgilər beynəlxalq standardlara cəvab vermədi.

Misal üçün Eldar Zeynalovun dediyinə görə bir seçgi lokalinda səs verənlərin sayları 100% çox idi.

Ölkənin mustəqil yazıçılar birliklərindən birisinin-Yeni nəsil- sözçüsü Arif Aliyevin fikrincə qüdrətin yalnız neçə əldə toplanması korrupsiya və qüdrətdən su istifadə etməyə Yol verir.

Trafik polisini nəzərdə alaql Onlar rüşvət üçün sağdan-soldan maşınları saxlayıb muxtəlif bəhanə ilə cərmə yazırlar. Çoxları hazırdılar 10-20 $ cərimə vermək ilə yaxalarını kağazbazlıqdan qurtarsınlar. Biz iurnalistlər rüşvədən yazan zaman problem ilə üz-bə-üz oluruq, Niyə ki, rüşvətxorluq ali səthdə məhkəmələrin özündədə hakimdir.

Bakıda təxminən 10 dana günlik qəzet çıxır. Ən tiraili qəzetin tirafi 22000 nusxədir. Keçən il dövlət sansürı qaldır, ancaq danışıq azadlığı həm dövlətə həmdə furnalistlərə yeni məqulədir. Elə buna görədə jurnalistlərin çoxu qədim adətlərinə dayanaraq hələdirhələ öz yazılarında xudsansürluq edirlər.

Dövlət öz növbəsində məhkəmələrdən yardım alaraq istəyir ki, kontroll əlindən çımasın.

Misal üçün Monitor qəzeti 98-ci illin aprel ayında məcbur oldu bağlansın, Niyə ki, qəzet işkəncə haqqında çap etdiyi məqalə üçün məhkəmə tərfindən ağır mali cəzalandırıdı.

Eldar Zeynalov deyir: Bizim sovet tariximizdə bağımsız mətbuat olmayıbdır. Yalnız dövlət mətbuatı.

80-ci illərin sonunda muxalifət tərəfindən elamiyə və duvar yazıları yayılmağa başladı. Bunları yazanlarının çoxu fumalistik mədrəkləri olmayan cəvan lurnalistləridilər. Bugün demək olar ki, bizdə iki cür İurnalist vardır: gənc, təcrübəsiz muxalifətə bağlı olan və yaşlı, savadlı təcrübəli və sistemə vəfadar. Arif Əliyevin fikrincə yeni lurnalistlər dəstəsini tərbiyət etmək üçün zaman və yardım lazımdır. Hələdir hələ lurnalist fakultəsində sovet dövrindən qalan kitablar istifadə olunur və dərslik kitabları prezident tərəfindən təyid olunmalıdır. Arif Əliyev və Eldar Zeynalov bir şeyin üstündə həmfikirdilər: Azərbaycanın gələcəyi üçün azad mətbuat demokrasiya təkin önəmlidir.

Eldar Zeynalov deyir: bugün Azərbaycanlıların 95 fayızı yazıb oxuya bilirlər. Bu demokrasiya üçün yaxcı binadir. Ancaq onlara gərək elə yazılar təqdim etmək ki, onlar eliyə bilsinlər ölkəmizdə gedən hadisələrdən öz nəticələrini alsınlar. Plan ekonomi və neft royası ortasında yaranan xələdə Azərbaycan demokrasiyası formalaşır. Ancaq həl olunmamış qarabağ problemi, milyonlar işsiz və 700 000 nəfərdən artıq qaçqın üçün yalnız bir xəzanə qizil, oxu neft aydatı kifayət etmiyəcəkdir.

Qaynaq: AmnestyPress N. 5 1999 s2-4

Mütərcimdən bir açıqlama: Az. Dövlətinin statiska idarəsinin verdiyi bilgiyə görə şimali azərbaycanda qaçqınların sayı 1,2 milyondan artıqdır)

http://hem.passagen.se/dalqa/neft.htm 

 DALĞA, 12/1/2003

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.