понедельник, 15 апреля 2024 г.

LGBT icması polisi cinsi azlıqların qanuni hüquqlarını tanımağa məcbur edib

 15 Aprel 2024, 10:47

Turan İnformasiya Agentliyi

Mart ayında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı qədər müxtəlif işlər üzrə - seçkilər zamanı pozuntulardan tutmuş əmlak mübahisələrinə qədər onlarla qərar və qərardad qəbul edib. Onların arasında bizim ölkəmiz üzrə Avropa yurisprudensiyası üçün kifayət qədər ekzotiki olub: "A və digərləri Azərbaycana qarşı işi" (no. 17184/18), 24 transgenderə, yəni özünü qadın kimi tanıdan kişilərə qarşı pozuntular ilə əlaqəli. Məsələ ilk növbədə ona görə maraqlıdır ki, ilk dəfə hökumət bu kateqoriyadan olan vətəndaşların problemlərin olduğunu tanıyıb.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov qalmaqallı hadisə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünü Turan-a şərh etməyə razılıq verib. Belə ki, 2017-ci il sentyabrın ikinci yarısında bir neçə gün ərzində Bakıda transgenderlər "ovu" həyata keçirilib. Sonradan polis bəyan edib ki, söhbət homoseksual fahişəliyə qarşı mübarizədən və HİV-ə yoluxanların aşkar edilməsi cəhdlərindən gedib. Transgenderlər ilk növbədə görünüşlərinə görə tutulsa da, saxlanmalarına müxtəlif inzibati xətalar səbəb olub: ictimai asayişin pozulması, şəxsiyyət vəsiqəsinin olmaması, polisə itaətsizlik, ictimai yerlərdə təhqiramiz ifadələr işlətmək.

Eldar Zeynalov hesab edir ki, saxlanmaların səbəbi göz qabağındadır: ölkəmizdə istənilən cinsin fahişəliyi inzibati xəta kimi qəbul olunsa da, bu, adətən qadın məşğuliyyəti hesab olunur və başqa cinsin geyimini geyinmək isə ümumiyyətlə qadağan edilməyib və ancaq bu əsasda təqib etmək qanunla diskriminasiya hesab olunur.

Amnesty International hüquq-müdafiə təşkilatının məlumatına görə, o vaxt Azərbaycanda reydlər zamanı ən azı 150 homoseksual polis tərəfindən saxlanılıb. Onların əksəriyyəti elə o vaxt azad edilib, lakin 60 nəfər inzibati qaydada 10-30 sutka həbs edilib. Onlardan yalnız altıda biri adlarını latın əlifbasının A-dan X-ə qədər hərfləri altında gizlədərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Ərizəçilərdən biri Strasburqa şikayət verdikdən 2 il sonra, 21 yaşında ölüb, lakin qohumları ölüm şəhadətnaməsini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etməyiblər. Həmin şəxsin şikayəti də şikayət verdikdən sonra hansısa səbəbdən vəkillərilə ünsiyyətdən çəkinən digər dörd ərizəçinin şikayəti kimi, (onlardan ikisi həbsxanada oturmağa davam edib, ancaq hansısa cinayət ittihamları üzrə, ehtimal ki, insidentlə əlaqəli deyil) Avropa Məhkəməsi tərəfindən baxılmaqdan çıxarılıb.

Ərizəçilər saxlanma və həbs zamanı polis tərəfindən amansız rəftar (Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi), qanunsuz və özbaşına azadlıqdan məhrumetmə (maddə 5), ədalətsiz məhkəmə (maddə 6), şəxsi həyata müdaxilə, xüsusən məhkəmə qərarı olmadan məcburi tibbi müayinə (maddə 8) və ayrı-seçkilik (maddə 14) ittihamları irəli sürüblər. Civil Rights Defenders, ILGA-Europe və Redress Trust kimi tanınmış təşkilatlar işə maraq göstəriblər və "üçüncü tərəf" kimi müdaxilə ediblər.

Zeynalovun məlumatına görə, zorakılıq qurbanlarının Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələri 2019-cu ilin yayında şikayətlərin kommunikasiyasından sonra hökuməti qurbanlara barışıq təklif etməyə vadar edib, amma ərizəçilər bundan imtina ediblər. O zaman Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinə birtərəfli bəyannamə təklif edib və bu bəyannamədə ərizəçilərin Konvensiyada təsbit edilmiş hüquqlarının pozulması faktını tanıyıb (məhz hansı olduğu dəqiqləşdirilmədən). Kompensasiyaya gəlincə, hökumət bu pozuntuları tanımağı və ərizəçilərə mənəvi zərərə görə 125 min avro ödəməyi təklif edib. 5 xarici və 11 yerli vəkilin xərclərini ödəmək üçün 3000 avro (ümumilikdə hamısına) təklif edilib.

2019-cu ilin oktyabrında ərizəçilər təklif olunan şərtlərlə razılaşmayıblar. Əsasən, hakimiyyətin Avropa İnsan Hüquqları Konvensiyasının pozulmuş maddələrini konkret göstərməməsi, işgəncə və amansız rəftar barədə bəyanatları araşdırmağı öhdəsinə götürməməsi onları qane etməyib və Avropa Şurası  Nazirlər Komitəsinin bəyannamənin icrasını izləyə bilməyəcəyindən ehtiyat ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsi razılaşıb ki, “yaxşı olardı ki, Konvensiyanın pozulmasının tanınması ilə bağlı bəyannamə daha konkret olaydı", lakin "bəyannamədə Konvensiyanın maddələrinin pozulması tanınır ki, ərizəçilər öz şikayətlərində bu barədə bildiriblər". Hökumətin təklif etdiyi kompensasiyanın məbləğinin oxşar hallarda ödənilənlərlə mütənasib olduğunu nəzərə alaraq Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 37§1 bəndini tətbiq etməyi və işin baxılmaqdan çıxarılmasını mümkün hesab edib.

Zeynalov əmindir ki, 24 şikayəti birləşdirən bu işin miqyasına və onun Azərbaycan üçün qeyri-adiliyinə baxmayaraq, dövlətin "qeyri-ənənəvi" seksual oriyentasiyalı adamlara münasibəti praktikasının təhlilini özündə əks etdirən presedent yaradılmayıb. Bu baxımdan, ərizəçilərlə razılaşmaq olar ki, Avropa məhkəməsinin çıxardığı qərar Avropa Şurası Nazirlər Komitəsi tərəfindən LGBT icmasının Azərbaycanda vəziyyətinin monitorinqinin aparılması üçün formal əsas yaratmayıb,  iş üzrə təsvir olunan hadisələrdən sonra bir neçə qətl və intihar hadisəsi baş verib. Ancaq etiraf etmək lazımdır ki, transgenderlərin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərindən sonra onlara qarşı kütləvi basqınlar, "əxlaq polisi"nin yaradılması barədə ictimai rəy və dözümsüzlüyün digər təzahürləri dayandırılıb.

https://turan.az/az/cemiyyet/lgbt-icmasi-polisi-cinsi-azliqlarin-qanuni-huquqlarini-tanimaga-mecbur-edib

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.