Azərbaycan Kommunist Partiyasının 1953-cü ildə Xalq düşməni kimi güllələnmiş birinci katibi Mircəfər Bağırov haqqında hökmə yenidən baxılmalı və hökm dəyişdirilməlidir.
Bu tövsiyə ilə hüquq müdafiəçisi Eldar Zeynalov çıxış edib.
Onun sözlərinə görə, Mircəfər Bağırova təqdim olunan ittihamnamədə onun eləmədiyi bir çox bəndlər üzrə ittihamlar var.
“Mənim yaxın qohumlarım 37-ci illərdə repressiyalarının qurbanı olublar. Amma Mirəcəfər Bağırovun işini tədqiq edəndə gördüm ki, onu günahsız adamları repressiyalara məruz qoymadan çox xəfiyyəcilikdə, ingilis kəşfiyyatına işləməkdə günalhlandırıblar. Halbuki onun bununla bağlı günahı məhkəmə gedişində öz sübutunu tapmayıb. Mən demirəm ki, Mircəfər Bağırovu güllələməyə əsas yox idi. Sadəcə demək istəyiərm ki, bu hökm göydən götürülən faktlar əsasında çıxarılıb”, - deyir Eldar Zeynalov.
Tarixçi həmçinin bildirir ki, məsələn Mircəfər Bağırovu Azərbaycan Demokratik Respublikasında çalışmaqda günahlandırıblar. Amma əslində bu səbəbdən Mircəfər Bağırov ADR fəallarını repressiyalardan uzun müddət qoruya bilib. Bu da indi onun işində yüngülləşdirici hal kimi nəzərə alınmalıdır.
“Bəs Mircəfər Bağırovun işinə yenidən baxılması nə verəcək” sualına cavabında isə Eldar Zeynalov bildirdi ki, 37-ci il repressiyalarının qurbanlarının reabilitasiyası onların ailə üzvləri və tarix üçün nə qədər əhəmiyyətli idisə, Mircəfər Bağırovun barəsində çıxarılan ittihamnamənin dəyişdirilməsi də bir o qədər əhəmiyyətlidir.
“Məndə olan məlumata görə, Mircəfər Bağırovun oğlu son illərə qədər Azərbaycanda yaşayıb. Bağırov məhkəməsində deyib ki, xahiş edirəm mənim oğlumla mən represiya olunmuşların övladları ilə rəftar etdiyim kimi rəftar etməyin. Onun oğlu partiyadan xaric edilsə də öldürülməmişdi. Düşünürəm onun ailə üzvləri və tarix üçün bu qərarın böyük əhəmiyyəti olacaq”.
Bəs görəsən bu qərara yenidən baxılması hüququ cəhətdən nə dərəcədə mümkündür. Hüquqşünas Bəhruz Quliyevin sözlərinə görə, bu işə yalnız o zaman baxmaq olar ki, o zaman istintaqa bəlli olmayan və yaxud obyektiv səbəblər üzündən açıqlanmayan faktlar indi ortaya qoyulsun.
Hüqüqşünas həmçinin bu məsələnin araşdırılmasının Azərbaycan hökumətinin siyasi iradəsindən asılı olduğunu da əlavə etdi.
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.