пятница, 3 октября 2008 г.

Məhbuslara video-görüşlər verilməlidir?

Eldar Zeynalov: "Bunun üçün hər kolonda yüksək sürətli internetlər istifadəyə verilməlidir"

İnsan Haqları Mərkəzinin direktoru Eldar Zeynalov təklif edib ki, məhbusların qohumları ilə video əlaqələri saxlamaları üçün hər kolonda yüksək sürətli intermetlər istifadəyə verilməlidir. Hüquq müdafiəçisi bildirib ki: "Belə praktika dünyanın bir çox ölkələrində var, bu yaydan Rusiya məhbusları da bu vasitədən istifadə edəcəklər. Məhbusların qohumları hər dəfə onların görüşünə gələ bilmirlər. Ümumi reyimli həbsxanalarda ildə 48 saat, demək olar ki, hər həftə görüş vaxtı verilir. İqtisadi baxımdan məhbusların qohumları hər həftə görüşə gələ bilmirlər. Qobustan həbsxanası isə elə yerdə yerləşir ki, ora avtobus və başqa nəqliyyat növü işləmir. Taksi ilə getmək üçün hər adamın imkanı olmur"

"İmpuls", 3.10.2008. 



Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.